Heydər Əliyevin ildönümünə həsr edilən konsert keçirilib

Heydər Əliyevin ildönümünə həsr edilən konsert keçirilib
513 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən konsert proqramı təşkil olunub.

Axşam.az xəbər verir ki, konsert Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin tələbələrinin iştirakı ilə keçirilib.

Konsertdə Niyazinin “Arzu”, K.Veberin “Konsertino”, G.Perqolezinin “Simfoniya”, H.Xanməmmədovun “Konsert №2”, Frederik Şopenin “1 saylı konsert” əsərlərindən kompozisiyalar səsləndirilib.