Heydər Əliyevə həsr edilmiş filmin təqdimatı olub - fotolar

Heydər Əliyevə həsr edilmiş filmin təqdimatı olub -  fotolar
427 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 10-da “Nizami” Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş “Unudulmaz” sənədli filminin təqdimatı keçirilib.

Axşam.az xəbər verir ki, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Jurnalist Elnur Niftəliyevin çəkdiyi filmdə Ulu Öndərin həyatının ABŞ-ın Klivlend şəhərindəki dövründən danışılır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev müayinə və müalicə olunmaq üçün 2003-cü il avqustun 6-da Klivlend klinikasına qəbul edilir. 1999-cu ildə Ümummilli Liderin ürəyində aorta-koronar şuntlama əməliyyatı aparılıb. Sonrakı dövrdə o, bir neçə dəfə klinikada müayinə və müalicə olunub.

Filmdə klinika həkimlərinin Heydər Əliyev haqqında xatirələri və fikirləri, bir çox digər maraqlı materiallar toplanıb. Məsələn, Klivlend klinikasının xarici əlaqələr şöbəsinin müdiri Nizar Zeyn, cərrah-kardioloqlar Murad Tuzçi və Brüs Laytl, habelə başqa işçilər Heydər Əliyev haqqında xatirələrini bölüşərək, onun yüksək erudisiyasını, Vətənə məhəbbətini, ünsiyyətcil olmasını və böyük yumor hissini vurğulayıblar.

Filmin təqdimatında Yeni Azərbaycan Partiyasının, “Lider” telekanalının rəsmi şəxsləri, Milli Məclisin deputatları, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, filmin yaradıcı heyəti iştirak ediblər.