Azərbaycan balet festivalında təmsil olunacaq

Azərbaycan balet festivalında təmsil olunacaq
1376 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 15-dən 21-dək Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında IV Beynəlxalq balet festivalı keçiriləcək.
 
Opera və Balet Teatrının mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, festival Qırğızıstanda xoreoqrafiya sənətinin əsasını qoyan görkəmli balet ustası, SSRİ xalq artisti B.Beyşenaliyevanın 90 illik yubileyinə həsr olunur. Festivalda bir sıra ölkələrdən olan balet ustaları ilə yanaşı Azərbaycandan da nümayəndələr iştirak edəcəklər. Ölkəmizi festivalda Opera və Balet Teatrının balet truppasının aparıcı solistləri – xalq artisti Gülağası Mirzəyev və əməkdar artist Nigar İbrahimova təmsil edəcəklər. Onlar festival çərçivəsində baş tutacaq Qala konsertdə Q.Qarayevin “Yeddi gözəl” və A.Adanın “Jizel” baletindən səhnələrlə çıxış edəcəklər