Bakı Musiqi Akademiyasının tələbələrinin İspaniya uğuru

Bakı Musiqi Akademiyasının tələbələrinin İspaniya uğuru
1658 dəfə oxunub
  • A-
  • A
  • A+

İspaniyanın Barselona şəhərində keçirilən “Sea Sun” festival-müsabiqəsində Azərbaycan təmsilçiləri - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Sabah qrupu - II kurs tələbələri Cavid Əzizov və Vüsal Aydəmirov uğurla çıxış ediblər.

Axşam.az AZƏRTAC-a istinadən xəbər verir ki, 13 ölkədən iştirakçıların yarışdığı müsabiqədə instrumental janrda 20-25 yaş qrupu üzrə solo nominasiyada Cavid Əzizov İ.S.Baxın “1-ci cild “f moll” və T.Quliyevin “Qaytağı” əsərlərini ifa edib və I yerə çıxıb. Solo nominasiyasında F.Listin “Ballada N2” və F.Bədəlbəylinin “Dəniz” əsərlərini ifa edən Vüsal Aydəmirov isə II yerə layiq görülüb. Həmçinin, hər iki təmsilçimiz ansambl nominasiyasında İ.Bramsın “Macar rəqsi N3” və Ü.Hacıbəylinin “Koroğlu” uvertürasını səsləndirərək III yerə çıxıblar.