Bakıda İran kino həftəsi keçiriləcək

Bakıda İran kino həftəsi keçiriləcək
269 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakıda İran kinosu həftəsi keçiriləcək.

Bu barədə Axşam.az-a İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzindən məlumat verilib.

Kino həftəsi Mədəniyyət və Turizm Nazirliyi və İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Tədbirin açılış mərasimi mayın 14-də saat 18:00-da Nizami Kino Mərkəzində olacaq. Bakıda İran kino həftəsi çərçivəsində mayın 14-də “143-cü çuxur”, mayın 15-də “Bir dişləm qənd”, mayın 16-da “Bu gün”, mayın 17-də “Nəqqaşlıq hovuzu” filmləri Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Filmlər hər gün saat 19.00-da tamaşaçılara təqdim ediləcək.