Maldiv adasında 120 milyonluq oteli kim tikdirir?

Maldiv adasında 120 milyonluq oteli kim tikdirir?
2251 dəfə oxunub
  • A-
  • A
  • A+

Abdurrahman Akarsu adlı türkiyəli turizmçi Maldiv adasında 18 hektarlıq ada satın alaraq, otel tikdirmək qərarına gəlib.

Axşam.az-ın məlumatına görə, inşa ediləcək istirahət mərkəzinə 120 milyon dollar xərclənəcək.

Abdurrahman Akarsu mediaya açıqlamasında yeni adanın 136 çimərlikdən, beş ulduzlu oteldən və lüks villalardan ibarət olacağını deyib:

“Burada tennis sahəsindən tutmuş bütün idman mərkəzlərinə qədər hər şeyə rast gələcəksiniz. Əyləncə mərkəzlərimiz müştərilər tərəfindən icarəyə götürülə biləcək. Ada ətrafında dənizin üstündə də villalar tikməyi planlaşdırırıq. Adanın dizaynı üzərində 250 insan çalışır. Otelin inşaası bu ilin sentyabr ayında başa çatacaq”