Tehranda “Dədə Şəmşir “ festivalı keçiriləcək

Tehranda “Dədə Şəmşir “ festivalı keçiriləcək
292 dəfə oxunub
  • A-
  • A
  • A+
Mayın 24-də İranın paytaxtı Tehran şəhərinin “Bəharan” mədəniyyət musiqi salonunda Dədə Şəmşirin adına beynəlxalq aşıq musiqisi festivalı keçiriləcək.

Bu barədə Axşam.az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İran Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri aşıq Səlcuq Şəhbazinin verdiyi məlumata görə, bu tədbirə İranın bütün bölgələrindən aşıqlar qrupu dəvət olunub. Bu festivalda qardaş Türkiyədən, Azərbaycandan, Gürcüstandan aşıqlar çıxış edəcək və şeirlər də əsasən Dədə Şəmşirdən olacaq.
Festivala hazırlıq işləri 3 ay davam edib.

İran Aşıqlar Birliyinin sədri Aşıq Şəhbazinin verdiyi məlumatda göstərilir ki, festivalda 6 ustad aşıq “Dədə Şəmşir” diplomu ilə təltif ediləcək. Festivala dövlət adamları, nazirlər, nazir müavinləri, millət vəkilləri, şəhər rəsmiləri və İrandakı səfirlər də dəvət olunub.