Sferik kino nümayiş etdirildi

Sferik kino nümayiş etdirildi
1626 dəfə oxunub
  • A-
  • A
  • A+
Gənclər və İdman Nazirliyi “Profi-Az” şirkəti ilə birgə ölkəmizdə ilk dəfə olaraq respublikanın şəhər və rayonlarında sferik mobil kinoteatrların quraşdırılması və maarifləndirici filmlərin nümayişinə başlanılıb. 

Layihənin əsas məqsədi uşaq və gənclərin dünyagörüşlərinin artırılmasını, yay istirahətlərinin, asudə vaxtlarının mənalı və səmərəli keçməsini təmin etməkdir.

Axşam.az AzərTAc-a istinadən xəbər verir ki, avqustun 22-də Qax rayonunda da sferik kino ilə yaxından tanış olmaq və filmləri izləmək imkanı yaranıb. Qax şəhərindəki Nizami adına parkda quraşdırılan 2 sferik mobil kinoteatrda gün ərzində yüzlərlə uşaq, yeniyetmə və gənc elm aləminə virtual səyahət edib. Nümayiş iki gün davam edəcək.

Qeyd edək ki, sferik kinoteatrın mobil sistemi dünyada ilk rəqəmsal tamgümbəzli proyeksiya sistemidir. Gələcəyin kinosu olan sferik kinonun nümayişi proyektorlar vasitəsi ilə 360 dərəcə baxış bucağı altında aparılır.
Layihə çərçivəsində artıq respublikamızın şimal, cənub və şimal-qərb rayonlarında 18 şəhərdə sferik kino nümayiş olunub. Qaxdan sonra Zaqatala və Balakən tamaşaçıları da sferik filmləri izləmək imkanı əldə edəcək.