İlahə İbadova: “İkiüzlülük, yaltaqlıq baş alıb gedir”

İlahə İbadova: “İkiüzlülük, yaltaqlıq baş alıb gedir”
5819 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İlahə İbadovanın Axşam.az saytına müsahibəsi

- Son iki ildə İlahə İbadova səhnədən uzaqlaşıb...

- Qızım balaca idi, ona ana qayğısı lazımıydı. Mən də onu böyüt məklə məşğul idim. İndi 4 yaşı tamam olacaq, artıq böyük qız olub. Mən də rahat sənətimlə məşğul olacağam.

- Sizi hansı yeni layihələrdə görə biləcəyik?

- Yeni mahnılar hazırlayıram. Həm estrada janrında, həm də muğam stilində bəstələr ifa etməyi düşünürəm. Bir neçə xalq mahnısını yeni aranjimanda hazırlayıram. Bu il həm də yeni albomum işıq üzü görəcək. Yay aylarına isə solo-konsert planlaşdırılıb. Bir–iki müğənnidən duet təklifləri almışam. Bunu gözdən keçirirəm.

- Uzun müddət kənarda qaldığınız şou-biznes aləmində nə dəyişikliklər gördünüz?

- Müğənnilər elə bil yuxudadır. Hamı sakit bir kənara çəkilib. Şou-biznesdə durğunluq var. Bir vaxtlar hamı qalmaqal edərək gündəmdə qalmağa çalışırdı. Indi deyəsən ona da gücləri qalmayıb. Yəqin ağılları başlarına gəldi ki, qalmaqalla gündəmdə qalmaq olmaz. Müğənni şarmı, çıxışı ilə gündəmdə qalmalıdır. Çünki indi tamaşaçılar boş söhbətə əhəmiyyət vermirlər. Müğənni qalmaqal etməklə öz səviyyəsini aşağı salır.

- Özünüz hansı müğənniləri dinləyirsiniz?

- Səsi olan, oxumağı bacaran sənətçiyə qulaq asıram. Zövqümə uyğun olmayan müğənni görəndə kanalı çevirirəm. Hətta bəyənəndə repə də qulaq asıram. Bu yaxınlarda qızımla maşında gedirdik. Radioda rep deməyə başladılar, o qədər maraqlı idi ki, mən də qızımla başladıq oxumağa. Birdən yan tərəfdə avtomobil saxladı, sürücü dedi ki, muğam ifaçısına bax, rep deyir. Əsas mahnı deyil, onu necə təqdim etməkdir.

- Qızınızın müğənni olmağını istərdinizmi?

- Heç vaxt. Müğənnilik çətin sənətdir. Burada ikiüzlülük, yaltaqlıq baş alıb gedir. Qızım bunları görüb, çox üzülər. Buna görə də onun başka sənət seçməsini istəyərəm. Nə olsa ona stimul verəcəyəm.

Fotoqraf: Bəhruz ƏLİZADƏ
Çəkilişdə göstərdikləri köməkliyə görə "Harmony Bar & Grill"ə təşəkkür edirik.
Ünvan: Azadlıq prospekti 146,
Əlaqə: (050) 388-98-38, Yusif