Qəbələdə mürəbbə festivalı keçirildi

Qəbələdə mürəbbə festivalı keçirildi
2594 dəfə oxunub
  • A-
  • A
  • A+
Qəbələdə Azərbaycanın ilk Mürəbbə festivalı öz işinə başlayıb.
 
Axşam.az-ın "Formaggio" dərgisinə istinadən verdiyi məlumata görə, Qəbələ rayonu İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev tədbiri açıq elan edərək, iştirakçıları salamlayıb və festivalın əhəmiyyətindən söz açıb.
 
Daha sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov, Rayon Mədəniyyət şöbəsinin rəhbəri, Qafqaz Resort Hotel-in direktoru Əli Çaylak və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri çıxış ediblər.

Onlar öz çıxışlarında I Qəbələ Mürəbbə festivalının gələn il daha da genişlənməsini və beynəlxalq status almasını arzulayıblar.

Hər kəs bu bayramın şirin və xoş ovqat yaratdığını söyləyib.
 
Qeyd edək ki, festivalda Azərbaycanın 8-dən artıq rayonunun kulinarları iştirak edir, mədəniyyət işçiləri şirniyyat növləri, folklor musiqiləri ilə stendlərdə təmsil olunublar.

Tədbir axşam saatlarına qədər konsert proqramı ilə davam edib. Daha sonra festivalın əsas məğzi olan “Ən yaxşı mürəbbə” müsabiqəsinə start verilib.