"Çılpaqlığımdan utanmıram və üzr istəməli deyiləm" - foto

"Çılpaqlığımdan utanmıram və üzr istəməli deyiləm" - foto
12524 dəfə oxunub
  • A-
  • A
  • A+

24 yaşlı model Emili Ratajkovski "ES Magazine" jurnalına açıqlama verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, fotokamera qarşısına keçən Emili həmişəki kimi açıq-saçıq şəkillər çəkdirib. O, intellektual ailədə böyüdüyünü, hər zaman oxuyub, yeni nəsə araşdırmağı sevdiyini deyib. Seksual gözəl eyni zamanda feminist olduğunu da açıqlayıb:

"Anam hər zaman mənə nəsihət verirdi ki, bədəninə görə heç zaman üzr istəmə və bundan utanma. Məncə, hər qadın "feminist" sözünü istifadə etməsə də, qadın və kişinin bərabər hüquqlarda olmasını istəyir. Onsuz, feminizm də elə bunu deyir. Bir qadının soyunması o demək deyil ki, həmin qadın feminist ola bilməz. Çılpaqlığımdan utanmıram və bunun üçün üzr istəməli olduğumu da düşünmürəm".



Qeyd edək ki, ilk dəfə Farel Uilyams və Robin Thikenin "Blurred Lines" klipində görünən Emili oradakı çılpaqlığına görə tənqid olunmuşdu.