Azərin Türkiyədə konsert verdi (Foto)

Azərin Türkiyədə konsert verdi (Foto)
1263 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Azərin Türkiyənin Kastamonu şəhərində konsert verib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu konsertdə də iki qardaş ölkənin bayrağını bir arada dalğalandırıb.

Türkiyənin bir çox konsert salonlarında, şəhərlərində, dövlət tədbirlərində Azərbaycan mədəniyyətini təbliğ edən Azərin ifası ilə qonaqları heyrətləndirib. Mindən artıq tamaşaçının toplandığı konsertdə müğənni klassik əsərlər, türk bəstələri və xalq musiqilərimizi səsləndirib.

Qeyd edək ki, əməkdar artist yeni mövsümdə layihələri ilə həm Azərbaycan, həm də türkiyəli izləyicilərin görüşünə gəlməyə hazırlaşır. O, Türkiyənin digər telekanalları ilə də əməkdaşlıq etməyi planlaşdırır.