Özcanın Bakıda nümayiş etdirəcəyi filmin ilk videosu

Özcanın Bakıda nümayiş etdirəcəyi filmin ilk  videosu
3050 dəfə oxunub
  • A-
  • A
  • A+
“Evim sənsən” filmi ilə uzun müddət gündəmdən düşməyən türkiyəli müğənni Özcan Dəniz yeni ekran işinin ilk videosunu yayımlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Atəş və su” filmində aktrisa Yasəmən Allen ilə kamera qarşısına keçib.

Bəzi epizodları İngiltərədə lentə alınan ekran işinin çəkilişləri mayda başlayıb. Özcan filmdə həm baş rolu oynayıb, həm də rejissorluq edib.

Qeyd edək ki, Bakıya səfəri zamanı müğənni “Atəş və su”nu Azərbaycanda da təqdim edəcəyini demişdi. Sənətçi qala gecəsinə özünün də qatılacağını bildirib.