Qalmaqallı və yarıçılpaq libasın sirri açıldı - fotolar

Qalmaqallı və yarıçılpaq libasın sirri açıldı - fotolar
7399 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçən həftə baş tutan 69-cu Kann Festivalı ilə bağlı müzakirələr hələ gündəmdədir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 19 yaşlı Bella Hadidin yarıçılpaq libasının sirri açılıb. Festival günlərində premyeraya qatılan model qırmızı, dekolteli libası ilə qırmızı xalçada hər kəsi heyran etmişdi. Çox riskli görünən libas mərasim boyu Hadidi çətin vəziyyətlərə salmışdı.

Amma Bellanın stilisti Elzabet Sulcerin dediyinə görə, libas son dərəcə ehtiyatlı hazırlanıb. Hər ehtimala qarşı libasla bağlı problem yaşanmasın deyə, libasın içinə eyni rəngdə alt paltar tikilib. Yəni gözəl modelin geyindiyi libas kimi görünsə də, əslində tulum tərzində geyim olub.

Geyimin dizayneri Aleksandre Vauthier "məqsədimiz gözəl və ikonik bir libas yaratmaq idi" deyib. O, B.Hadidin modellik təhsili almasını və podium təcrübəsini də geyimin çox müzakirə edilməsinə səbəb kimi göstərib.