Mehriban Əliyeva ən dəbli qadın seçildi

Mehriban Əliyeva ən dəbli qadın seçildi
5061 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın məşhur dəb və gözəllik jurnalı olan “Allure” dünyanın ən zövqlü 7 birinci xanımının siyahısını hazırlayıb.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, jurnalda liderlik Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məxsusdur.

Jurnal “first” ledinin avqustun 26-da doğum gününü qeyd etdiyini xatırladıb. Eyni zamanda bildirilir ki, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva dünyanın ən eleqant birinci ledilərindən hesab olunur:

“Az insan bilir ki, Mehriban Əliyeva ixtisasca həkimdir. O, M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Dünyanın ən işgüzar qadınlarından olan Mehriban xanım hesab edir ki, onun ən güclü silahı görünüşüdür. O, ictimaiyyət arasına hər zaman gözəl saç düzümü və nəfis geyimlə çıxır. Onun tünd gözlərini göz kölgələri və qara karandaş vurğulayır. Dolğun dodaqlarına isə bir qədər “parıldadıcı” vurur".

Jurnalın tərtib etdiyi siyahıda ikinci yerdə Fransanın eks-birinci ledisi Karla Brunidir, növbəti pillələrdə ABŞ prezidentinin xanımı Mişel Obama, 20-ci əsrin ən məşhur qadınlarından olan, ABŞ-ın birinci first ledisi Caklin Kennedi, Suriya prezidenti Bəşər Əsədin yoldaşı Əsma əl Əsəd, Türkiyə prezidentinin xanımı Hayrünnisə Gül və nəhayət, sonuncu yerdə Argentina prezidenti Kristina Fernandes dayanır.