Amaliya Pənahova rusların serialında baş rolda

Amaliya Pənahova rusların serialında baş rolda
1679 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Amaliya Pənahova avqustun 28-də Moskvaya gedəcək.
 
Amaliya Pənahovanın APA-ya verdiyi məlumata görə, o, “Mosfilm” studiyasının bazasında “ORT” Rusiya kanalının sifarişi ilə “Jasmin” adlı serialın çəkilişində iştirak edəcək.
 
Xalq artisti bildirib ki, 200 seriyalıq yeni serialda ona baş rollardan biri həvalə olunub və o filmdə türk qadını obrazını canlandıracaq.