"Bizim aramızda pul söhbəti olmur" - Rejissor

"Bizim aramızda pul söhbəti olmur" - Rejissor
1496 dəfə oxunub
  • A-
  • A
  • A+
Rejissor Nail Naiboğlu müğənni Yaşar Cəlilov və Niyam Salaminin birgə ifa etdiyi “Nağıl” mahnısına Gürcüstanda klip çəkib.

Onun sözlərinə görə, ekran işi Batumidə 3 gün ərzində çəkilib. Klipmeyker büdcəni açıqlamasa da, bildirib ki, klip çox da baha çəkilməyib:

“Çünki Yaşar və Niyam mənim yaxın dostlarımdır. Bizim aramızda pul söhbəti olmur. Amma hər işin müəyyən qarşılığı var”.

Qeyd edək ki, mahnının sözləri Azər Şirinə, musiqisi Ramal İsrafilova məxsusdur. Klipin operatoru Emin Hüseynov, prodüseri isə Pərviz Oqtayoğludur.

stenoqram.com