Qadınlar hansı kişiləri sevir?

Qadınlar hansı kişiləri sevir?
2838 dəfə oxunub
  • A-
  • A
  • A+

Bütün qadınların zövqü eyni olmasa da, hər xanım qarşısında olan kişinin bir sıra önəmli keyfiyyətlərə malikliyinə diqqət yetirir.

Siz də xanımların istəklərini öyrənərək onların diqqət mərkəzində olmağı bacarın.

Zərif cinsin nümayəndələrindən fərqli olaraq kişilər geyimlərinə o qədər də diqqət yetirmirlər. Onlar üçün geyimin təmizliyi daha çox önəm kəsb edir. Xanımlar isə kişilərin nə qədər yaraşıqlı olmasından daha çox onların geyimləriylə maraqlanır.

Gözəl ətir və idman stilinə üstünlük verən bəylər sevdiyi xanımın rəğbətini asanlıqla qazana bilər. Bundan başqa şən zarafatlar edərək əyləndirməyi bacaran kişilər də qadınların üstünlük verdiyi tiplərdən hesab edilir. Xanımlar yersiz, mənasız,  şit zarafatlar edən bəyləri sevmirlər.

Onlar daha çox özünə inanan, verdiyi qərarlara əmin olan, insanlar tərəfindən hörmətlə qarşılanan kişiləri sevir. Əgər ətrafınızdakı şəxslərdən özünüzə  qarşı hörmət görmürsünüzsə, həmin dostlarınızdan uzaqlaşın. Əks halda sevdiyiniz xanımın diqqəti sizdən yayınacaq.

Unutmayaq ki, sadaladığımız bu amillərdən başqa  hər bir qadının ona arxa-dayaq olacaq, dəyərini biləcək kişiyə böyük ehtiyacı var.

Nigar Məhərrəm