Ayanla Nadirin dueti hitə çevrilir

Ayanla Nadirin dueti hitə çevrilir
2774 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ayan Babakişiyeva və Nadir Qafarzadənin “Sənin üçün” adlı dueti qısa zamanda hitə çevrilib.

Axşam.az-ın məlumatına görə, duet ortaqları mahnının seviləcəyini güman etsələr də, onların təxmini özünü daha tez doğruldub. Ötən həftədən etibarən eşidilən “Sənin üçün” onluqlarda birincilik iddiası qazanıb. Eyni zamanda mahnının internetdə də dinləmə sayı sürətlə artır.

Hazırda İzmirdə istirahətdə olan Ayan klip çəkilişini istisna etməyib. O, danışıqların getdiyini və səfərini başa vurandan sonra qərar verəcəklərini bildirib.

Qeyd edək ki, sənətçi sentyabrın ilk günlərində Bakıya qayıdacaq.