Monika Belluççi 14 il sonra boşanmasından danışdı

Monika Belluççi 14 il sonra boşanmasından danışdı
3794 dəfə oxunub
  • A-
  • A
  • A+
14 ildir birlikdə olduğu həyat yoldaşı Vinsent Kasseldən ayrılan Hollivud ulduzu Monika Belluççi mediaya açıqlama verib.

Axşam.az-ın məlumatına görə, aktrisa İtaliya mətbuatına açıqlamasında peşəkar həyat tərzlərinin onları bir-birindən uzaqlaşdırdığını deyib:

“Buna baxmayaraq, sevgimiz davam edəcək. O, övladlarımın nümunəvi atasıdır və hər zaman bizə yaxın olacaq”.

Aktyor olan həyat yoldaşı ilə indiyədək 9 filmdə çəkildiklərini xatırladan Belluççi “Son vaxtlar çəkilişlərlə əlaqədar çox ayrı qaldıq. Uzaqlıq qarşısı alına bilməyəcək vəziyyətə gətirib çıxardı. Buna görə də birlikdə qərar verdik. Sevgimizin heç zaman bitməyəcəyinə əmin olduğumuz üçün hər ikimiz öz yolumuza davam edəcəyik. Vinsent Rioda qalacaq. Mənim film müqavilələrim isə Avropada davam edəcək” - deyə əlavə edib.
 
Belluççi hazırda Emir Kusturikanın yeni filminin çəkilişləri ilə əlaqədar Serbiyadadır.

İtaliyada gözlənilməz boşanma xəbərinə isə kişilər çox sevinib. Sosial şəbəkədə “Dünyanın ən seksual qadını artıq azaddır. Monika xəyallarımı reallaşdır” kimi rəylər yazılır.

Qeyd edək ki, Monika və Vinsent cütlüyünün Deva və Leonie adlı iki övladı var.