Tanınmış pianoçu Bakıda konsert verib

Tanınmış pianoçu Bakıda konsert verib
320 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və Turizm Nazirliyi tabeliyindəki uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə mütəmadi olaraq müxtəlif ixtisaslar üzrə ustad dərsləri təşkil edir.

Nazirlikdən Axşam.az-a bildirilib ki, bu məqsədlə xarici ölkələrdən təcrübəli müəllimlər, tanınmış mütəxəssislər dəvət olunurlar.

Nazirliyin dəvətinə əsasən tanınmış azərbaycanlı pianoçu, Türkiyənin Yeditəpə Universitetinin dosenti İslam Manafov Bakı şəhərində olub, paytaxtın bir sıra musiqi və incəsənət məktəblərində konsert proqramı ilə çıxış edib və ustad dərsləri keçib. (AzərTac)