“Övladım hələ də hamıya maraqlıdır...”

“Övladım hələ də hamıya maraqlıdır...”
2169 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Kərim Abbasov ilk dəfə ailəsi ilə bağlı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar" verilişinə müsahibəsində həyat yoldaşının qısqanc olmasından şikayətlənib:

“Təranə xanımla üç ildir evliyik. Nəzərə gəlməsək, axirətə kimi birlikdə yaşayacağıq. Ağ qara ləkə götürmür. Biz eyni məhlədə böyümüşük. Onun ailəsi məni tanıyıb, necə biri olduğumu bilib. Bu gün mən onun sevgisinin qarşısında acizəm. Mənim həyatımda bir qadın ola bilər, o da Təranə. İkinci, üçüncü, dördüncü heç vaxt olmayacaq. Əlimi Qurana basıb, and içmişəm ki, aramızda təmiz sevgi yaşanacaq.

Çox qısqancdır. Hər ay “facebook”um tam yoxlanılır, kiminlə nə danışmışam hamısına baxılır. Telefonum hər dəfə yoxlanılır. Ən çox ona qısqanır ki, efirdə filan qızla oynadın, görüşdüm. İzah edirəm ki, mən müğənniyəm, sənətçi dostlarım var, onlarla görüşməliyəm. Aramızda davalar da olub”.

Kərim övladı olması ilə bağlı yayılan xəbərlərdən isə yayınıb:

“Övladım olması ilə bağlı xəbərlər hələ də hamıya maraqlıdır. Amma uşaq haqda heç nə danışmayacam”.

Qeyd edək ki, Kərim son vaxtlar sosial şəbəkədə balaca bir uşaqla paylaşdığı fotolar böyük maraq doğurub.