Musiqili Teatrın həftəsonu repertuarı

Musiqili Teatrın həftəsonu repertuarı
257 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Musiqili Teatrında bu həftəsonu da maraqlı tamaşalar nümayiş olunacaq.

Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Axşam.az-a bildirib ki, 3, 4, 5 iyun tarixlərində saat 12.00 və 19.00-da “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov), “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev), və “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva) tamaşaları təqdim olunacaq.

Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Novruz Qartal, Emma Məlikova, Boris Qrafkin, Almaz Ələsgərli, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Gülnarə Abdullayeva, Nadejda Povelitsina, Emil Heydərov, Ülviyyə Əliyeva, Elçin İmanov, Əliməmməd Novruzov, Gültac Əlili, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Səməd Xasıyev, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Nicat Əli, Elnarə Nağdəliyeva, Fərid Rzayev, Rauf Babayev, Nigar Qarayeva, Gülnarə Kərimbəyova, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Dövlət Musiqili Teatrı bu həftə də rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 3 iyun tarixində saat 19.00-da korifey bəstəkar, SSRİ xalq artisti Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” iki hissəli operettası rus dilində yeni quruluşda 10-cu dəfə nümayiş olunacaq.