Şəhərdə bayram konserti keçirilib - fotolar

Şəhərdə bayram konserti keçirilib -  fotolar
766 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 1-də Nizami Kino Mərkəzinin yanında, bəstəkar Qara Qarayevin heykəli önündə bayram konserti keçirilib.

Axşam.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi (BŞMTBİ) ilə birgə keçirdiyi tədbir 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilib.

Tədbirdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər qonaqlar əvvəlcə Bakı şəhərində fəaliyyət göstərən bir sıra incəsənət məktəblərində təhsil alan istedadlı şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar. Sərgidə 50-dən çox yeniyetmə məktəblinin 70-ə yaxın Qarabağ, Vətən, ana, sülh və digər mövzularda rəngli boya ilə işlənmiş rəsmləri nümayiş olunub.

Bayram şənliyində, həmçinin BŞMTBİ-nin nəzdindəki 10-dan çox uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin iştirakı ilə konsert proqramı təqdim edilib. Fərqli təqdimatda hazırlanmış proqramda şagirdlərin ifasında rəngarəng rəqslər, musiqi nömrələri təqdim olunub.

Gənc musiqi kollektivlərinin ifasında səsləndirilən Azərbaycan və Qərb bəstəkarlarının əsərləri və dünya xalqlarının rəqsləri alqışlarla qarşılanıb.