Əbülfəs Qarayevə Rusiyada mükafat - foto

Əbülfəs Qarayevə Rusiyada mükafat - foto
1484 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, 2016-cı ilin 26-31 may tarixində Rusiya Federasiyasının Moskva şəhərində “Ənənə və müasirlik” Beynəlxalq İncəsənət Sərgisinin 10-cu yubiley tədbiri təşkil olunub.

Axşam.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiyada "İNAM" mükafatına layiq görülüb.

Sözügedən mükafat hər il təsviri incəsənət sahəsində "Ənənələr və müasirlik" festivalı çərçivəsində təqdim olunur. Təntənəli mükafatlandırma mərasimi çərşənbə axşamı Moskva Beynəlxalq Musiqi Evinin Teatr zalında baş tutub. Qaliblər 19 ixtisas və 3 xüsusi nominasiya üzrə müəyyən edilib. Nazir bu mükafata Azərbaycan nümayəndə heyətinin müsabiqədə çox fəal iştirak etməsi və çoxlu sayda əsər təqdim etməsi səbəbindən layiq görülüb.

Qeyd edək ki, festivalın əsası 2007-ci ildə Moskvada “Mədəniyyətin dəstəklənməsi və incəsənətin inkişafı Fondu” tərəfindən (fondun rəhbəri: Vera Nikolayevna Kiseleva) qoyulmuşdur. Festivalın təşkilat komitəsinə və münsiflər heyətinə Rusiyanın Xalq rəssamı Zurab Tsereteli, Xalq rəssamı Tahir Salahov, Pyer Karden kimi məşhur şəxsiyyətlər daxildir. Azərbaycan ilk illərdən bu festivalda uğurla təmsil olunur.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Əməkdar rəssamlar Fərman Qulamov, Rəşad Mehdiyev, Sakit Məmmədov, rəssam Namiq Məmmədov, və gənc rəssam Məryəm Ələkbərli bu festivalın müxtəlif nominasiyalar üzrə birinci mükafatına (“Vera” mükafatına) layiq görülüblər.