Nazir müavini xalq rəssamının qəbrini ziyarət etdi

Nazir müavini xalq rəssamının qəbrini ziyarət etdi
766 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva xalq rəssamı Toğrul Nərimanbəyovun qəbrini ziyarət edib.

Axşam.az xəbər verir ki, ziyarət Fransaya işgüzar səfər çərçivəsində baş tutub.

Toğrul Nərimanbəyov 2 iyun 2013-cü il tarixində Parisdəki hospitallardan birində vəfat edib. Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunub.

Məlumat üçün bildiririk ki, boyakar, monumentalçı və teatr rəssamı, SSRİ və Azərbaycan xalq rəssamı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov 1950-ci ildə Bakı Rəssamlıq Məktəbini, 1955-ci ildə Litva Dövlət İncəsənət İnstitutunu bitirib. XX əsrin 50-ci illərindən etibarən yaradıcılığa başlayıb. Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnib. Fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinə xas rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlı olub. Monumental boyakarlıq və divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək böyük estetik təsir qüvvəsinə malikdir.