Əməkdar artist Antalyada şou göstərdi - fotolar

Əməkdar artist Antalyada şou göstərdi - fotolar
1303 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin Antalya şəhərində təşkil olunan “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisində (International Horticultural Exposition) Heydər Əliyev Mərkəzinin dəstəyi ilə qurulan Azərbaycan milli pavilyonunun açılış mərasimi və Azərbaycan Günü keçirilib.

Axşam.az-ın məlumatına görə, əvvəlcə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və “Antalya Ekspo 2016”nın rəhbəri Ərdoğan Kökün rəhbərliyi ilə Azərbaycanla Türkiyə nümayəndə heyətlərinin görüşü keçirilib.

Daha sonra Ekspo ərazisindəki Amfiteatrda təşkil edilən rəsmi açılış mərasimində Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri, diplomatlar, Antalyada səfərdə və istirahətdə olan həmyerlilərimiz, tələbələr, KİV və QHT təmsilçiləri iştirak ediblər.

Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndiriləndən sonra Heydər Əliyev Mərkəzinin direktoru A.Ələkbərov, “Antalya Ekspo 2016”nun rəhbəri Ərdoğan Kök və Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovun çıxışları olub.

“Antalya Ekspo 2016”nun rəhbəri Ərdoğan Kök çıxışında diqqətə çatdırıb ki, Azərbaycan milli pavilyonu yüksək peşəkarlıqla qurulduğundan ziyarətçilər üçün cəlbedicidir.

Əvvəlcə pavilyondakı sərgi ilə tanışlıq olub.

Azərbaycan Günü ilə bağlı təşkil olunan mərasimin bədii hissəsində “Natiq” ritm qrupu ilə yanaşı, valideyin qayğısından məhrum olmuş uşaqların bir-birindən maraqlı çıxışları, xalq mahnıları, ritmik muğamlar, milli rəqslərimiz, azyaşlı istedadların özünəməxsus çıxışları nümayiş olunub.

Qeyd edək ki, “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisi aprelin 22-də açılıb. Burada 53 ölkə və bir neçə beynəlxalq təşkilat təmsil olunur.

“Antalya Ekspo 2016” oktyabrın 30-dək davam edəcək və 6 ay ərzində sərgiyə ümumilikdə 8 milyon ziyarətçinin gələcəyi gözlənilir. (AzərTac)