Festivala qatılan müğənniyə özəl hədiyyə verildi - fotolar

Festivala qatılan müğənniyə özəl hədiyyə verildi -  fotolar
1681 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Roza Zərgərli və vokalist Nicat Rəhimov media nümayəndələri ilə görüş keçirib.

Axşam.az-ın məlumatına görə, onlar Ufa şəhərində keçirilən, iştirakçısı olduqları 18-ci “Ural mono-2016” Türk gəncləri müsabiqə-festivalı haqda danışıblar.

Başqırdıstan Respublikasının Mədəniyyət Nazirliyinin dəvəti ilə festivala qatılan R.Zərgərli münsif kürsüsündə əyləşib. Onunla birlikdə münsiflərin tərkibində tanınmış bəstəkar Ural İdeabaev, Svetlana Slyaquzova, İsmet Zaatov, Mansur Taşmatov və başqaları yer alıb.

Festivaldan bəhs edən R.Zərgərli deyib ki, burada 56 ölkənin təmsilçisi iştirak edib. Mərasimdə tamaşaçılar 16 türk ifaçının mahnılarını dinləyib. Festival türk musiqisi tarixində böyük rol oynayıb.
Festivalın xüsusi mükafatı olan Abay Əmirxanov adına diplom və musiqi aləti Nicat Rəhimova təqdim edilib.

N.Rəhimov ölkəmizi uğurla təmsil etdiyini deyərək, təəssüratlarını bölüşüb:
 
“Xoşbəxtəm ki, ölkəmi uğurla təmsil etdim. Festivalda klassik mahnıya müraciət etdim, Tofiq Quliyevin mahnısını oxudum”.

Foto: Ramin ASLANOV