Nərgiz Paşayeva tamaşada - fotolar

Nərgiz Paşayeva tamaşada -  fotolar
1272 dəfə oxunub
  • A-
  • A
  • A+

“ÜNS” Yaradıcılıq Səhnəsi Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Roman Viktyukun teatrının tamaşasını təqdim edib.

Axşam.az-ın məlumatına görə, tamaşaçılar dramatizminə görə çox böyük təsir gücünə malik, Çernobıl AES zonasında məlum hadisələrdən sonra insanların həyatından bəhs edən “Zamanların əvvəli və sonunda” tamaşasını alqışlarla qarşılayıblar.

İyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Çəkməli pişik” (daha doğrusu “Diyircəklər üzərində pişik”) adlı qeyri-adi tamaşanı isə uşaqlar izləyib. 

Tamaşaya “ÜNS” Teatrının bədii rəhbəri, professor Nərgiz Paşayeva, mədəniyyət və incəsənət xadimləri, yaradıcı ziyalıların nümayəndələri baxıblar.

Müasir səhnənin tanınmış rejissoru, aktyor və şair Roman Viktyuk tamaşaya quruluş verməklə bərabər, onun musiqi tərtibatını da üzərinə götürüb. (AzərTac)