Əməkdar artistin yubileyində bu tamaşa nümayiş olunacaq

Əməkdar artistin yubileyində bu tamaşa nümayiş olunacaq
462 dəfə oxunub
  • A-
  • A
  • A+

Rus Dram Teatrında “Bliss ailəsi”  tamaşasının premyerası olacaq.

Axşam.az-ın məlumatına görə, tamaşa əməkdar artisti Rita Əmirbəyovanın yubileyinə həsr edilib. 

Səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssamı Əməkdar Mədəniyyət İşçisi Olqa Abbasovadır. Əsas rolları Xalq Artisti Fuad Poladov və Əməkdar Artist Rita Əmirbəyova ifa edəcək. 

Tamaşada həmçinin Natəvan Hacıyeva, Oleq Əmirbəyov, Lalə Rüstəmova, Maqsud Məmmədov, Milana Sokolenko, Teymur Rəhimov və Mədinə Mullayeva rol alıb.

Komediya özünün və ailəsinin həyatını teatr tamaşasına çevirən keçmiş aktrisanın taleyindən bəhs edir.