Bir gözü mavi, digəri isə yaşıl oldu - fotolar

Bir gözü mavi, digəri isə yaşıl oldu - fotolar
9274 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur cizgi film qəhrəmanı Cessika Rabbitə bənzəmək üçün 6 qabırğasını çıxartdıran isveçli model Piksie Foks yenidən plastik əməliyyat etdirib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Foks indi də göz rəngini dəyişdirib. İncə belli, geniş ombalı, böyük dodaqlı ola bilmək üçün 17 dəfə əməliyyat masasına uzanan və 355 min manat xərcləyən Piksie gözlərinin də cizgi film qəhrəmanınkına oxşamasını istəyib. Foks təbii rəngi mavi olan gözlərindən birini yaşıl etdirmək üçün Hindistana yollanıb.

25 yaşli model uşaqlıqdan gözlərinin fərqli rəngdə olmasını istədiyini deyib.

Əməliyyatdan sonra Foksun bir gözü mavi, digəri isə yaşıl rəng olub.