Xalq artistinin konserti oldu

Xalq artistinin konserti oldu
817 dəfə oxunub
  • A-
  • A
  • A+

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına simfonik orkestrinin müşayiəti ilə xalq Artisti Yeganə Axundova geniş konsert proqramı ilə çıxış edib.

Axşam.az xəbər verir ki, konsertin birinci hissəsində İstanbul Opera və Balet Teatrının baş dirijoru, Əməkdar İncəsənət Xadimi Elşad Bağırovun dirijorluğu ilə orkestrinin ifasında Manuel de Falyanın “İspan bağlarında gecələr” əsəri səsləndirilib.

Konsertin ikinci hissəsində isə Edvard Qriqin “Simfonik rəqslər”i və “Norveç rəqsləri” ifa olunub.

Proqramın solisti, məşhur pianoçu Yeganə Axundovanın ifaları tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.