Şəhərdə xeyriyyə yarmarkası keçirilib - fotolar

Şəhərdə xeyriyyə yarmarkası keçirilib -  fotolar
2159 dəfə oxunub
  • A-
  • A
  • A+

Fəvvarələr meydanında “Formula-1” Avropa Qran-prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti tərəfindən xeyriyyə yarmarkası keçirilib.

Axşam.az xəbər verir ki, yarmarkada Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya Mərkəzinin sakinlərinin 100-dən çox əl işi satışa çıxarılıb.

Mərkəzin 60-dək sakininin hazırladığı əl işləri paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının böyük marağı ilə qarşılanıb. Yarmarka açıq elan olunandan sonra Bakı sakinləri sevdiyi əl işlərini ala biliblər. (AzərTac)