Vaqif Səmədoğlu doğum günündə anıldı

Vaqif Səmədoğlu doğum günündə anıldı
437 dəfə oxunub
  • A-
  • A
  • A+

 İyunun 5-də Azərbaycanda VI Şairlər Günü qeyd olunur.

Axşam.az "Report"a istinadən xəbər verir ki, altı il əvvəl Gənc Şairlər Birliyinin rəhbəri şair Xəyal Rzanın təklifi və təşkilatçılığı ilə əsası qoyulan bu tədbir ötən illərdə daha geniş miqyasda Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, İran və Rusiyadan dəvət olunmuş qonaqların iştiraki ilə keçirilib.
İyunun 5-i böyük Azəbaycan şairi, yeni Azərbaycan şeirinin öncülü Mikayıl Müşfiqin doğum günüdür. Məhz bu səbəbdən tədbirin təşkilatçıları Müşfiqin adını daşıyan mükafatın şairlərə verilməsini məqsədəuyğun hesab edir.
Şairlər Gününün başqa bir özəlliyi isə şair və yazıçıların Müşfiqin rəmzi məzarına – Xəzər dənizinə gülsəpmə mərasimidir.
Bu ilki “Şairlər günü”ndə də Gənc Şairlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Böyükelçiliyi Kültür və Tanıtma Müşavirliyinin, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi və Dünya Gənc Türk Yazarlar Birliynin təşkilati dəstəyi ilə dünyanın müxtəlif ölkələrindən tanınmış şair və ədəbiyyatçılar, sənət adamları və musiqiçilər iştirak edəcək.
Ötən il V Şairlər Günü unudulmaz şair Nurəngiz Günün xatirəsinə həsr edildi. "AybKitab" layihəsində şairin “Qalanlara” adlı şeirlər kitabının nəşri, “Nurəngiz Günə Bir Bənd Şeir” adlı müsabiqənin təşkili, müxtəlif ölkələrdən təşrif buyuran tanınmış ədiblərlə Nurəngiz Günün məzarını ziyarət həyata keçirildi.
Bu il VI Şairlər Günüisə görkəmli xalq şairi Vaqif Səmədoğlunun əziz xatirəsinə həsr edilib. "AybKitab" layihəsi çərçivəsində nəşr edilmiş Vaqif Səmədoğlunun “Sandıq şeirləri”nin də tədimatı bu gün- iyunun 5-də Beynəlxalq Muğam Mərkəzində keçirilib.
Xatırladaq ki, iyunun 5-i Azərbaycanın görkəmli şairi Vaqif Səmədoğlunun doğum günüdür.