Rüstəm Məmmədovun sərgisi olacaq - fotolar

Rüstəm Məmmədovun sərgisi olacaq -  fotolar
992 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Rəssamlar İttifaqının üzvü, rəssam Rüstəm Məmmədovun rəngkarlıq və qrafika işlərindən ibarət ilk fərdi sərgisi keçiriləcək.

Axşam.az xəbər verir ki, Rəssamlar İttifaqının sərgi salonunda baş tutacaq sərginin ekspozisiyasına daxil edilmiş 50-ə yaxın əsər müxtəlif mövzulara həsr olunub.

Tədbirdə ictimai xadimlər, müğənnilər də iştirak edəcəklər.
 
Onu da qeyd edək ki, Rustəm Məmmədov eyni zamanda Xəzər Tv MMC – nin Proqramlar Departamentinin rəhbəridir. 

Sərgi iyunun 7-dən 11-nə kimi davam edəcək.