Rəşid Behbudovun xatirəsi yad ediləcək

Rəşid Behbudovun xatirəsi yad ediləcək
312 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Mahnı Teatrında SSRİ və Azərbaycanın xalq artisti Rəşid Behbudovun xatirəsi yad ediləcək.

Axşam.az "Report"a istinadən xəbər verir ki, teatrın kollektivi iyunun 9-da günorta saatlarında məşhur müğənninin I Fəxri Xiyabandakı məzarını ziyarət edəcək.

Axşam isə Mahnı Teatrında R.Behbudovun xatirəsinə həsr edilən konsert proqramı keçiriləcək.

Konsertdə teatrın estrada simfonik orkestri çıxış edəcək. Orkestrin bədii rəhbəri Salman Qəmbərovdur. Konsertdə xalq artistləri Azər Zeynalov, Gülyanaq Məmmədova və başqaları çıxış edəcəklər.

Qeyd edək ki, R.Behbudov 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib. Bu il məşhur müğənninin dünyasını dəyişməsindən 27 il ötür. 1968-ci ildə R.Behbudovun təşəbbüsü ilə yaradılan Mahnı Teatrında mərhumun xatirə otağı yaradılıb. Xatirə otağında R.Behbudovun şəxsi arxivindən olan fotolar və bəzi eksponatlar nümayiş etdiriləcək. İlin sonunadək Mahnı Teatrının qarşısında böyük müğənninin heykəli ucaldılacaq.