Hadisə sirlərini açdı

Hadisə sirlərini açdı
3906 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Hadisə Türkiyənin “Women’s health” dərgisinə müsahibəsində formada qalmağının sirlərini açıb.

Axşam.az-ın məlumatına görə, sənətçi son vaxtlar çox idman etdiyini, bu işdə iddialı olduğunu deyib:

“İdman etmək çoxlarına çətin gəlir. Amma bir dəfə sınaqdan keçirsələr, xoşları gələcək. Hər səhər oyanır, idman etməmiş günə başlaya bilmirəm. Mənim də yorulduğum, heç bir şey etmək istəmədiyim hallar olur. Hamımız insanıq, robot deyilik ki...

Son 1 ayda idmana başlamışam. Səhər 6-da oyanır, idmanımı edir, sonra hazırlanıb, işimə gedirəm.

Məncə, qadınlar idmana gedərkən də bəzənib-düzənməlidirlər. Mən demirəm ki, çoxlu makiyaj etsinlər. Sadəcə, geyimlərinə və saçlarına fikir versinlər”.

Türkiyəli müğənni şirniyyatı çox sevdiyini və ondan imtina edə bilmədiyini söyləyib:

“Şirniyyat bu həyatda ən çətin imtina edəcəyim bir qidadır. Az da olsa dadıram. Çox yeyəndə bədən quruluşumda dəyişiklik olduğunu hiss edirəm. Buna görədə soya südündən hazırlanan şirniyyatlara üstünlük verirəm. Ürəyim çox istəyəndə bir az şokolad yeyirəm”.