Nazir tamaşa izlədi - fotolar

Nazir tamaşa izlədi - fotolar
1031 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakıda qastrol səfərində olan Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" əsəri əsasında hazırlanmış tamaşanı nümayiş etdirib.

Axşam.az xəbər verir ki, Gənc Tamaşaçılar Teatrının səhnəsində tədim edilən tamaşanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, nazirliyin Teatr şöbəsinin məsul işçiləri, tanınmış mədəniyyət xadimləri izləyiblər.

Tamaşanın rejissoru Dərbənd Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru Ər-toğrul Kamalovdur.

Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Naidə Alimətova, rejissor köməkçisi Mədinə Hacıağayeva, musiqi tərtibatı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.

Rolları Dağıstanın əməkdar artisti Mahir Məlikov, Canpolat Əliyev, Dinşah Əbdulqafarov, Saladunxan Bədirxanov, Təhminə Ömərova, Məhərrəm Ömərov, Mədinə Hacıağayeva, Səidə Əliyeva, Şükufə Məlikova, Diləfruz Şıxməmmədova, Kəmalə Rzayeva, Rəhilə Ömərova, Zemfira Ağabəyova ifa ediblər.
Tamaşada keçmiş zamanla müasir dövrün oxşarlıq və fərqlilikləri göstərilib. (Report)