Əməkdar artist Avropa turnesinə çıxacaq

Əməkdar artist Avropa turnesinə çıxacaq
648 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artisti İsfar Sarabski bəstəkar, müğənni və ud ifaçısı Zafer Yousiflə birgə Avropada konsert turlarına çıxacaq.

Axşam.az xəbər verir ki, iyunun 23-də İsfar Sarabskinin və Zafer Yousifin İtaliyanın Udine şəhərində konserti olacaq. Konsert Palmoste Teatrında təşkil ediləcək.
 
Musiqiçilər iyulun 2-də Rumıniyada Timişoara caz, iyulun 16-da Portuqaliyada Espino musiqi, həmin ayın 29-da isə İspaniyada Malaqa caz festivallarında çıxış edəcəklər. İsfar Sarabskinin və Zafer Yousifin daha bir konsert turu avqustun 4-də Almaniyanın Vürtsburq şəhərində olacaq.