“Cəngi” qrupu beynəlxalq festivalda ölkəmizi təmsil edib

“Cəngi” qrupu beynəlxalq festivalda ölkəmizi təmsil edib
319 dəfə oxunub
  • A-
  • A
  • A+
Qazaxıstanın paytaxtı Astanada “Astana axşamları” beynəlxalq musiqi festivalı keçirilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, Qazaxıstanın mədəniyyət xadimlərinin, bu ölkədəki səfirliyimizin nümayəndələrinin və diaspor təşkilatları təmsilçilərinin qatıldığı konsert maraq doğurub.

Əməkdar Artist Murad Cavadovun rəhbərlik etdiyi “Cəngi” qrupu Azərbaycanı festivalda layiqincə təmsil edib. Qrupun konsert proqramına 13 kompozisiya daxil edilib.

Festivalda Azərbaycan caz musiqi ənənələri bir daha tamaşaçıların diqqətinə çatdırılıb.

Konsertdə bildirib ki, caz musiqisinin əsas qollarından olan Azərbaycan cazının bünövrəsi ötən əsrin 30-cu illərinin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı Dövlət Estrada Orkestri tərəfindən qoyulub.