Nazir Koreya mətbəxi festivalında - fotolar

Nazir Koreya mətbəxi festivalında - fotolar
731 dəfə oxunub
  • A-
  • A
  • A+
"Asan xidmət"də Koreya Mətbəxi Festivalı keçirilib.

Axşam.az "Report"a istinadən xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Koreyanın Azərbaycandakı səfirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə "Multikulturalizm ili" çərçivəsində baş tutub.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İn iştirak edib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanın multikulturalizm prosesində fəal yer tutması ilə bağlı dünyada çox müsbət rəy formalaşıb: "Azərbaycanda son vaxtlar milli mətbəx, kulinariya bir mədəniyyət sahəsi kimi qiymətləndirilir. Mətbəx hər bir xalqın, kəndin, şəhərin, bölgənin simasıdır".

Koreyanın Azərbaycandakı səfiri Çox Suk İn tədbirin təşkil olunmasında təşəbbüs göstərən hər kəsə təşəkkür edib. O bildirib ki, burada iştirak edən aşbazlar uzun müddət Koreya prezidentinin iqamətgahında işləyiblər:

"Yemək mədəniyyətin ən vacib elementidir".

İnam Kərimov qeyd edib ki, festivalın keçirilməsində məqsəd bəşəri ideyaların, adət-ənənələrin və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsidir:
 
"Belə tədbirlərin davamlı olması planlaşdırılır".

Tədbir çərçivəsində vətəndaşlar Koreya mətbəxinin müxtəlif təamlarını dadıb, həm də zəngin mətbəx haqqında geniş məlumat əldə ediblər.