Ölüm təhdidi alan model ərə getdi - fotolar

Ölüm təhdidi alan model ərə getdi - fotolar
10720 dəfə oxunub
  • A-
  • A
  • A+

26 yaşlı moldovyalı model Kseniya Deli ailə həyatı qurub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Castin Biberın "What Do You Mean" adlı klipi ilə məşhurlaşan  model, 62 yaşlı misirli milyarder Ossama Fathi Rabah Al-Shariflə nikaha daxil olub. Atası türk, anası moldovalı olan modelin, Instaqram hesabından ay və ulduzlu nişan üzüyünün fotosunu paylaşması türk fanatları tərəfindən bəyənilib.

Xatırladaq ki, "What Do You Mean" klipində Castin Biberlə olan açıq-saçıq səhnələrdən sonra Biberin fanatlarından ölüm təhdidləri alan Deli, "Aramızda heç bir şey yoxdur" deyə, açıqlama vermək məcburiyyətində qalmışdı.

“Playboy”un keçmiş simalarından olan Kseniya Deli, “Victoria's Secret” üçün də modellik edib. Artıq milyarder xanımı olan Deli xoşbəxtliyini sosial mediadan sərgiləyir.

Qeyd edək ki, həyat yoldaşı modelə evlilik hədiyyəsi olaraq, lüks avtomobil, zinət əşyaları alıb. Ərinə aşiq olduğunu deyən model, ona  "kralım, ruhum” deyə, müraciət edir.