“Rənglər, duyğular, düşüncələr”

“Rənglər, duyğular, düşüncələr”
493 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 11-də saat 18.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının foyesində  “Rənglər, duyğular, düşüncələr” adlı gənclərin rəsm sərgisi keçiriləcək.

Axşam.az-ın məlumatına görə, sərgi Teatr və Dövlət Rəsm Qalereyasının birgə layihəsi çərçivəsində reallaşdırılacaq. Sərgidə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı rəssamları – Elşən Sərxanoğlu, Elnur Babayev, Telman Şıxıyev, Şahin Hüseynli, Yekaterina Bıçkova ilə yanaşı Rəsm Qalereyasının 5 rəssamının əl işləri təqdim olunacaq. 

Həmin gün sərgidən sonra saat 19.00-da teatrda “Qohumlar” tamaşasının premyerası göstəriləcək.

Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, RF-nin əməkdar incəsənət xadimi və Azərbaycan Respublikası Fəxri Mədəniyyət İşçisi Boris Manciyevin hazırladığı tamaşa Kalmık dramaturqu Baatr Basanqovun “Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında Vera Şuqrayeva və Əli Əmirli tərəfindən səhnə üçün işlənilib.

İki hissəli müziklda xalq artisti Yasin Qarayev, əməkdar artistlər Şövqi Hüseynov, Elşən Rüstəmov, Naibə Allahverdiyeva, Nübar Novruzova, Qurban İsmayılov, Lətifə Əliyeva, Almaz Mustafayeva, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Atabala Səfərov, aktyorlar Mehriban Hüseynova, Simuzər Ağakişiyeva, Könül Əbilova, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Zümrüd Quliyeva və başqaları iştirak edəcəklər.