Milli Qurtuluş günü ilə əlaqədar şəhərdə konsert olub - fotolar

Milli Qurtuluş günü ilə əlaqədar şəhərdə konsert olub -  fotolar
964 dəfə oxunub
  • A-
  • A
  • A+

15 İyun Milli Qurtuluş günü hər il olduğu kimi Səbail rayonunda geniş şəkildə qeyd olunub.

Səbail Rayon İcra Hakimiyyətindən Axşam.az-a bildiriblər ki, əlamətdar günlə əlaqədar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında bayram konserti təşkil olunub.

Tədbir Səbail rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin kollektivlərinin, Milli Məclis deputatlarının, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin, KİV nümayəndələrinin və qəsəbə sakinlərinin iştirakı ilə keçirilib.

Bayram tədbirində xalq artisti Teymur Göyçayevin rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə xalq artisti Azər Zeynalovun, əməkdar artistlər Ramil Qasımovun, Elnarə Abdullayevanın, İlahə Əfəndiyevanın, Beynəlxalq müsabiqələr laureatı Aytac Şıxəlizadənin ifasında dünya və Azərbaycan klassik bəstəkarlarının əsərləri, xalq mahnıları səsləndirilib.

Sonda möhtəşəm atəşfəşanlıq olub.