47 yaşlı İlqar Xəyal illərə meydan oxuyur

47 yaşlı İlqar Xəyal illərə meydan oxuyur
2026 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir müddətdir gündəmdən uzaq qalan müğənni İlqar Xəyal dünən tədbirlərin birində fotokameramıza tuş gəlib.

Axşam.az-ın məlumatına görə, milli qəhrəman Çingiz Mustafayevin ad günü münasibətilə keçirilən konsertdə səhnəyə çıxan 47 yaşlı sənətçi hər zamankı kimi yenə də cavan görünüşü ilə diqqət çəkib.

Qeyd edək ki, İlqar Xəyal saytımıza müsahibəsində yaradıcılıqdan uzaq qalmasının səbəbini oğlunun universitetə hazırlaşması ilə bağlamışdı:

“Uzun müddətdir ki, yaradıcılıqdan uzaqlaşmışdım. Çünki ailəm mənim üçün hər şeydən öndə gəlir. Böyük oğlum bu il universitetə hazırlaşırdı. Teymur imtahan verərək, Milli Konservatoriyanın fortepiano sinfinə pulsuz qəbul olundu. Fəxr edirəm ki, Teymur atasının adından istifadə etmədən bu uğura çatdı”.

Foto: Rəşad Abbasov