Fəridə ad günündə sürpriz etdilər (Foto)

Fəridə ad günündə sürpriz etdilər (Foto)
2353 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün “Eurovision 2013” təmsilçimiz Fərid Məmmədovun ad günüdür.

Axşam.az-ın məlumatına görə, sənətçi ilk təbrikini gecəyarısı dostları tərəfindən edilən sürprizlə qəbul edib.
Yaxınları ona üzəri şamlarla bəzədilmiş tort hədiyyə edib.

Qeyd edək ki, Fərid Məmmədov 30 avqust 1991-ci ildə Bakı şəhərində anadan olub. Anası yüngül atletika üzrə dünya çempionu Maya Məmmədovadır.

Orta təhsilini İlyas Əfəndiyev adına Elitar gimnaziyada alıb. 2 nömrəli musiqi məktəbində oxuyub. Eyni zamanda uşaq yaşlarında kapoeyra ilə məşğul olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 4-cü kursda təhsil alır.

Kiçik yaşlarından Aybəniz Haşımovanın tələbəsidir və "Bülbüllər" ansamblının solistidir.

14 mart 2013-cü ildə keçirilən Azərbaycan 2013 Avroviziya Mahnı Müsabiqəsinin "milli seçim turu”nun qalibi olub və ölkəmizi həmin yarışmada təmsil etmək hüququ qazanıb.

Müsabiqədə Dimitrios Kontopulosun bəstələdiyi "Hold me" mahnısıyla çıxış edərək, ikinci yeri tutub.