Rejissor Aygünlə Röyanı yarışdıracaq

Rejissor Aygünlə Röyanı yarışdıracaq
1362 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissor Nail Naiboğlu yeni mövsümə ciddi hazırlaşıb.

O, sentyabrın 2-dən etibarən start götürəcək “Klip Parad” verilişində dəyişiklik edib.

Bu barədə Axşam.az saytına açıqlamasında N.Naiboğlu özü məlumat verib və bildirib ki, verilişin yeni siması da məlumdur:

“Bu mövsümdə simamız Azərbaycanın xalq artisti Aygün Kazımova olacaq. Kliplərə gəldikdə isə milli kliplərlə yanaşı xarici ulduzların klipləri də yayımlanacaq. Verilişin “10-luq” bölümünü  “Top 5” bölümü ilə əvəz etmişik. Bu bölümdə Aygün Kazımova, Röya Ayxan, Natavan Həbibi, Elton Hüseynəliyev və Fərid Məmmədov yeni kliplərini yarışdıracaqlar”.

Hazırda Qəbələdə ailə üzvləriylə istirahət edən N.Naiboğlu onu da əlavə edib ki, veriliş sentabrın 2-dən başlayaraq həftə içi 5 gün ərzində “Lider” telekanalında yayımlanacaq.

Qeyd edək ki, layihənin prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru isə Rauf Sahiboğludur.