Eldarla Nigar Maykl Ceksonun ad gününü qeyd etdi

Eldarla Nigar Maykl Ceksonun ad gününü qeyd etdi
3611 dəfə oxunub
  • A-
  • A
  • A+
“Eurovision 2011” müsabiqəsinin qalibləri Nigar Camal və Eldar Qasımov pop musiqisinin kralı Maykl Ceksonun ad gününə həsr etdikləri layihəni təqdim ediblər.

Axşam.az-ın “1news.az” saytına istinadən verdiyi məlumata görə, duet ortaqları birlikdə səsləndirdikləri “Music still alive” mahnısına klip çəkdirib.

Məşhur ulduzun 50 illik yubileyinə həsr olunan mahnının sözləri Eldar Qasımova, musiqisi isə Maykl Ceksonun özünə və İsa Məlikə aiddir. Bəstədə Ceksonun “Human Nature” mahnısından istifadə olunub. Rejissorluğunu Fərhad Əlinin etdiyi ekran işi yaxın günlərdə “Youtube”a yüklənəcək.

Təqdimatın aparıcısı Murad Arif olub. Müğənni Zamiq Hüseynov, stilist Anar Ağakişiyev, aparıcı Rüfət Ağayev və bir çox tanınmışların da qatıldığı gecədə Eldar və Nigar yeni duetlərini canlı səsləndiriblər. Cütlük Maykl Ceksonun pərəstişkarı olduqlarını bildirib.

Nigar təqdimat mərasiminə qızları Jasmin və Səidə ilə qatılıb.