Müğənni yeni avtomobil aldı (Foto)

Müğənni yeni avtomobil aldı (Foto)
2690 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Kərim Abbasov yeni avtomobil alıb.

Axşam.az-ın məlumatına görə, “İnfiniti” markalı maşın sənətçiyə 38 min manata başa gəlib.

Hazırda iki avtomobili olan Kərim arzusunda olduğu maşından danışıb:

“Bu, dostumun maşını idi.  Gördüm ki, rahat və yüngüldür. Həm də idman stilindədir. Almağı qərara aldım. Əvvəlki “Lexus ES 3,5” markalı avtomobilim də özümdədir. İkisini də idarə edirəm. Yaxın zamanda hər ikisini satıb, arzuladığım avtomobili almağı düşünürəm.  Uzun müddətdir ki, “Lexsus 7” istəyirəm. Hələ ki, sedanlar idarə edirəm. Bir az böyüyüm cip alacağam”. (gülür)