Bayram konserti keçirilib - foto

Bayram konserti keçirilib -  foto
616 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Üzrə Mərkəzin təşkilatçılığı ilə “Xəzri” rəqs qrupunun 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirilib.

Baş İdarədən Axşam.az-a bildirilib ki, konsert proqramı Nizami Kino Mərkəzində baş tutub.

Tədbirdə Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İşi üzrə Mərkəzin direktoru Hacı Əliyev çıxış edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti ilə yanaşı, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

Konsertdə Polad Bülbüloğlunun “Şən Azərbaycan”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası, “Uzundərə” və “Tellərini yan dara qız” xalq mahnıları kimi musiqi sədaları altında rəqqasların maraqlı çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Xəzri” rəqs qrupu 2014-cü ildən uğurla fəaliyyət göstərir. Qrupun repertuarında müxtəlif Azərbaycan və dünya xalqlarının rəqsləri xüsusi yer alır.